04 May 2024
Azərbaycanda nazirə yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycanda nazirə yeni VƏZİFƏ VERİLDİ - FOTO

14 Aprel 2022
Baxış: 415

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yeni vəzifəyə təyin olunub.

AJMEDİA.İNFO xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti olan R.Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının nəzdində yaradılmış Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasının sədri olub.

Komissiya idmançıların yüksək performans nümayiş etdirməsi üçün onların xeyrinə müasir texnologiyalar, onların tətbiqi və icrası ilə məşğul olacaq.

Bu komissiyanın direktoru isə gürcüstanlı idmançı, məşqçi və menecer kimi cüdoda böyük təcrübəyə malik David Kevxişvili təyin edilib.

Yeni komissiyanın həm sədri, həm də direktoru cüdonu təbliğ etməyə, bu idmanın inkişafına kömək etməyə və onu idmançıların şəxsi inkişafı, eləcə də cəmiyyətin xeyrinə müasir bir vasitə kimi inteqrasiya etməyə çalışacaq.