03 May 2024
Azərbaycanda naməlum şəxsə aid meyit fraqmentləri aşkar edildi

Azərbaycanda naməlum şəxsə aid meyit fraqmentləri aşkar edildi

13 Noyabr 2021
Baxış: 631

Noyabrın 13-ü saat 12:00 radələrində Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyit fraqmentlərinə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.