04 May 2024
Azərbaycanda mina təmizləyən yeganə qadın odur - FOTO

Azərbaycanda mina təmizləyən yeganə qadın odur - FOTO

28 İyul 2022
Baxış: 382

Böyük Britaniya səfiri Ceyms Şarp Azərbaycandakı minatəmizləmə işi görən yeganə qadınla bağlı paylaşım edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə o, tvitter hesabında yazıb:

“Bu mina aşkarlayan idarəçisi Mariadır. O, Azərbaycanda minatəmizləmə komandasında yeganə qadındır. Tezliklə Böyük Britaniya-Azərbaycan əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq. Onlar bu torpaqlara qayıdan insanların təhlükəsizliyinə mühüm töhfələr verəcək”.

Qeyd edək ki, səfir Ceyms Şarp Cəbrayıla səfər edib və burada aparılan minatəmizləmə işləri ilə tanış olub.