04 May 2024
Azərbaycanda məşhur müğənni COVID-19-a YOLUXDU - DURUMU AĞIRDIR

Azərbaycanda məşhur müğənni COVID-19-a YOLUXDU - DURUMU AĞIRDIR

13 Sentyabr 2021
Baxış: 569

Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.

AJMEDİA.İNFO xəbər verir ki, bunu "Report"a açıqlamasında müğənninin qohumu Razim Qarayev deyib.

O bildirib ki, S.Əlizadə 10 gün əvvəl COVİD-19 infeksiyasına yoluxub: "Ötən gün vəziyyəti ağırlaşıb. Axşam təcili yardım çağırmışdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsindədir və süni tənəffüs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır".