04 May 2024
Azərbaycanda maska TƏLƏBİ QOYULDU

Azərbaycanda maska TƏLƏBİ QOYULDU

19 İyul 2022
Baxış: 405

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" və İsveçrə "Sürix"i arasında keçiriləcək ilk oyundan sonra mətbuat konfransına giriş üçün maska tələbi qoyulub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytına müraciət yerləşdirilib. Bildirilib ki, UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadəsinin məcburidir.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.