05 May 2024
Azərbaycanda həkim koronavirusdan vəfat etdi

Azərbaycanda həkim koronavirusdan vəfat etdi

13 Dekabr 2021
Baxış: 479

Sumqayıtda həkim koronavirusdan dünyasını dəyişib.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı həmkarları sosial şəbəkədə paylaşım edib.

Sumqayıt şəhərində çalışan həkim-stomatoloq 48 yaşlı Rauf Rüstəmov bir müddət əvvəl koronavirusa yoluxub.

Həkimlərin bütün səylərinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.

İlkin məlumatlara görə, onun həyat yoldaşı da koronavirusa yoluxub.

Teqlər: Sumqayıt