04 May 2024
Azərbaycanda gənc jurnalist və körpəsi  VƏFAT ETDİ - FOTOLAR

Azərbaycanda gənc jurnalist və körpəsi VƏFAT ETDİ - FOTOLAR

18 Noyabr 2021
Baxış: 567

Koronavirusa yoluxma Press.az saytının əməkdaşı Aygün Əlizadənin həyatına son qoyub.

AJMEDİA.İNFO modern.az-a istinadən xəbər verir ki, Aygün Əlizadə oktyabrın 30-da koronavirusa yoluxub.

O, hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib.

Noyabrın 8-də onu Yevlax rayon xəstəxanasından təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər.

Xəstəxanaya daxil olduqda Aygün Əlizadənin vəziyyəti olduqca ağır qiymətləndirilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, köməkçi tənəffüs aparatına qoşulub.Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi ilə birgə vəfat edib.Qeyd edək ki, mərhumun 5 yaşlı övladı qalıb.