04 May 2024
Azərbaycanda DƏHŞƏTLİ İNTİHAR: Qarabağ qazisi özünü AĞACDAN ASDI - FOTO

Azərbaycanda DƏHŞƏTLİ İNTİHAR: Qarabağ qazisi özünü AĞACDAN ASDI - FOTO

25 Aprel 2022
Baxış: 756

Qusarda Qarabağ qazisi özünü asıb.

AJMEDİA.İNFO-nun Lent.az-a istinadən məlumatına görə, hadisə aprelin 21-i gecə saatlarında rayonun Əniq kəndində baş verib.

Belə ki, kənd sakini Qəhrəmanov Feyruz Qəhrəman oğlu özünü ağacdan asaraq, həyatına son qoyub.

Onun hansı səbəbdən həyatına qəsd etdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki. F. Qəhrəmanov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Yaxınlarının sözlərinə görə, o, müharibədə xəsarət alıb və buna görə müalicə olunurdu.