04 May 2024
Azərbaycanda daha bir tanınmış jurnalist VƏFAT ETDİ - FOTO

Azərbaycanda daha bir tanınmış jurnalist VƏFAT ETDİ - FOTO

18 Yanvar 2024
Baxış: 293

BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Şamil Qiyas oğlu Vəliyev 64 yaşında vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə fakültənin müəllimi Əli Hacıyev bildirib.

“Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik oluruq! Allah rəhmət eləsin!”, - Ə.Hacıyev feysbuk hesabında yazıb.

Qeyd edək ki, o, fakültənin Mətbuat tarixi kafedrasının müdiri, dekan vəzifəsində çalışıb. Ş.Vəliyevin bir sıra əsərləri, kitabları nəşr olunub. Milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə Əməkdar jurnalist fəxri adına layiq görülən Ş.Vəliyev eyni zamanda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilib.