05 May 2024
Azərbaycanda çağırışa gedən təcili tibbi yardım maşını aşdı - VİDEO

Azərbaycanda çağırışa gedən təcili tibbi yardım maşını aşdı - VİDEO

18 May 2023
Baxış: 318

Masallıda çağırışa gedən təcili tibbi yardım avtomobili aşıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə görüntülər TikTok platformasında yayılıb.

Məlumata görə, təcili tibbi yardım maşını Masallı Bioloji Təbabət Klinikasına məxsusdur.

Məsələ ilə bağlı sözügedən klinikadan Oxu.Az-a bildirilib ki, hadisə dünən Masallıda qeydə alınıb: “Ambulanslarımızdan biri çağırışa gedərkən qəza baş verib. Hadisə zamanı avtomobildə pasiyent olmayıb. Həkim və tibb heyəti arasında ölən və xəsarət alanlar yoxdur”.

Həmin görüntüləri təqdim edirik: