04 May 2024
Azərbaycanda bu ünvanda evlər plana düşdü - Dövlət 1000-ə yaxın evi alacaq

Azərbaycanda bu ünvanda evlər plana düşdü - Dövlət 1000-ə yaxın evi alacaq

12 Avqust 2021
Baxış: 688

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti kotirovka sorğusu elan edir.

AJMEDİA.İNFO ölkə.az”a istinadən bildirir ki, sorğu Şəmkir Maşın Kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların tikintisi obyektinin I və II mərhələləri (P1, P2, P3, P4, P5, P6, P7 və P8) üzrə tikinti altına düşən 937 mülkiyyətçiyə məxsus daşınmaz əmlakların qiymətləndirilməsinin satın alınması məqsədilə keçirilir.

İddiaçılar öz təkliflərini möhürlənib imzalanmış şəkildə, ikiqat bağlı zərfdə (əsli və surəti olmaqla) təqdim etməlidirlər. Təklif zərfləri 27 avqust 2021-ci il saat 11.00-da açılacaqdır.