05 May 2024
Azərbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI

Azərbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI

15 Yanvar 2024
Baxış: 306

Ötən ilin dekabrında əvvəlki aya nisbətən ərzaq qiymətləri 1 faiz artıb.


AJMEDİA.İNFO rəsmi məlumatlara istinadən xəbər verir ki, ərzaq mallarının bəziləri bahalaşıb, bəzilərində isə qiymət azalmaları müşahidə olunub.


Daha çox bahalaşan ərzaq malları tərəvəzlər, meyvələr və yumurtadır.


Bir ayda tərəvəzlərin qiyməti orta hesabla 5,7 faiz, meyvələrin 3,4 faiz, yumurtanın qiyməti isə 2,7 faiz artıb.


Tərəvəzlərdən daha çox bahalaşma xiyarda, pomidorda, sarımsaqda, soğanda, balqabaqda qeydə alınıb.


Meyvələrdə isə daha çox qiymət artımı narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın dəyərində müşahidə edilib.


Bahalaşma ilə bərabər dekabrda çörək məmulatlarının, ət və ət məhsullarının, yağların qiymətində azalma baş verib.


Qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində daha çox azalma müşahidə olunub.(Sfera.az)