04 May 2024
Azərbaycanda biznesmenlər arasında ATIŞMA: İş adamı QƏTLƏ YETİRİLDİ

Azərbaycanda biznesmenlər arasında ATIŞMA: İş adamı QƏTLƏ YETİRİLDİ

23 Fevral 2022
Baxış: 532

Fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Cavanşir Şükürov qətlə yetirilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Göyçay Rayon Prokurorluğu məlumat yayıb.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

APA-nın əldə etdiyi məlumata görə, hər iki şəxs iş adamı olub.