04 May 2024
Azərbaycanda baş həkim İNTİHARA CƏHD ETDİ - FOTO

Azərbaycanda baş həkim İNTİHARA CƏHD ETDİ - FOTO

27 Sentyabr 2022
Baxış: 286

Masallı rayon Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyev intihara cəhd edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumatda onun intihara cəhd etdiyi, lakin həyatı xilas olunaraq Bakıya gətirildiyi bildirilir.

Hadisənin intihara cəhd olub-olmadığı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, həmin şəxsin dərman zəhərlənməsi diaqnozu ilə əlaqədar xəstəxanaya daxil olması ilə bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Vəziyyəti ağır olduğundan o, Bakıdakı tibb müəssisələrindən birinə aparılıb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Azərbaycanda baş həkim İNTİHARA cəhd etdi