04 May 2024
Azərbaycanda bağçada uşağı vuran tərbiyəçinin kimliyi açıqlandı - RƏSMİ

Azərbaycanda bağçada uşağı vuran tərbiyəçinin kimliyi açıqlandı - RƏSMİ

14 Yanvar 2022
Baxış: 443

İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını vuran tərbiyəçi barədə təhqiqat başlayıb.

Bu barədə DİN-dən AJMEDİA.İNFO-ya məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır:

"Üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var.

Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək".