04 May 2024
Azərbaycan XİN: Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mövqeyimiz bəllidir və dəyişilməzdir

Azərbaycan XİN: Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mövqeyimiz bəllidir və dəyişilməzdir

04 May 2020
Baxış: 486

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz bəllidir və dəyişilməzdir. Münaqişə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmalı və bu torpaqlardan didərgin salınmış məcburi köçkünlər öz evlərinə geri qayıtmalıdırlar. Bu məsələdə hər hansı bir əlavə şərhə yer yoxdur.

AJM xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın münaqişənin mərhələli həlli ilə bağlı parlament komissiyasının iclasında səsləndirdiyi fikirlərinə münasibət bildirilməsinə dair KİV-in müraciətinə cavabında deyib.