04 May 2024
Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlıları təlimdə müxtəlif silahlardan atəş açdı

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlıları təlimdə müxtəlif silahlardan atəş açdı

13 Sentyabr 2021
Baxış: 411

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş - 2021” beynəlxalq təlimində atəş hazırlığı üzrə məşğələlər keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki,Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin planına əsasən xüsusi təyinatlı bölmələr atıcı silahlardan və qumbaraatandan praktiki atışların yerinə yetirilməsi tapşırıqlarını icra ediblər.

Qeyd edək ki, “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.