05 May 2024
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir

06 Noyabr 2021
Baxış: 471

“Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq noyabrın 8-i və 9-da Daxili İşlər Nazirliyin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaqlar. Məqsəd vətəndaşlarımızın bayramları təhlükəsiz və rahat şəkildə qeyd etmələrinə şərait yaratmaqdır”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

Onun sözlərinə görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov polisin gücləndirilmiş iş rejiminə keçməsi ilə bağlı əmr imzalayıb.

“Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, bayram şənlikləri zamanı öz sağlamlıqlarını da unutmasınlar. Pandemiya ilə bağlı maskadan düzgün istifadə etməklə sosial məsafəni gözləsinlər, bir-biriləri ilə yaxın təmasdan çəkinsinlər”, - E.Zahidov bildirib.