03 May 2024
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilir

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilir

08 Avqust 2021
Baxış: 916

Avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJM-a bildiriblər ki, xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınmaqla andiçmə mərasiminin, eləcə də gənc əsgərlərin sosial məişət şəraitinin işıqlandırılması, hərbi qulluqçulardan müsahibələrin alınması və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurmaları üçün şərait yaradılır.