05 May 2024
Azərbaycan Milli yığması son qitə çempionu ilə bir qrupda
Azərbaycan Milli yığması son qitə çempionu ilə bir qrupda

Azərbaycan Milli yığması son qitə çempionu ilə bir qrupda

02 Sentyabr 2023
Baxış: 383

Sentyabr ayının 2-də Almaniyanın Düsseldorf şəhərində polo üzrə 14-cü Avropa Çempionatı 2 qrupda start götürəcək.

AJMEDİA.İNFO xəbər verir ki, hər iki qrupun tərkibi və qrup daxilində ilk oyunlar artıq məlumdur. Çempionatın ilk gününün 2-ci oyununda çıxış edəcək Milli komandamız son Avropa Çempionu İtaliya, İspaniya və İsveçrə ilə bir qrupda (zona A qrupu) mübarizə aparacaq. Digər qrupda isə (zona B qrupu) İngiltərə, Avstriya, Hollandiya və Almaniya milli komandaları güclərini sınayacaq.

2 sentyabr 2023-cü il tarixində yerli vaxtla saat 14:15-də keçiriləcək Azərbaycan-İspaniya oyunu ilə milli komandamız çempionata start verəcək. İlk oyunun nəticəsindən asılı olaraq qrup daxilidə 2-ci və 3-cü oyunlar müəyyən olunacaq.

Qrup daxilində bütün komandalara qarşı keçiriləcək ümumilikdə 3 oyundan sonra ilk iki yerə yüksələn komandalar 9 sentyabr tarixində keçiriləcək yarımfinal oyunlarına vəsiqə əldə edəcək.

Çempionatın final oyunu isə 10 sentyabr tarixində Düsseldorf Polo Klubunun əsas yarış meydançasında təşkil olunacaq.