04 May 2024
Azərbaycan Mərkəzi Bankının bəzi səlahiyyətləri LƏĞV EDİLİR

Azərbaycan Mərkəzi Bankının bəzi səlahiyyətləri LƏĞV EDİLİR

13 Oktyabr 2023
Baxış: 326

Azərbaycan Mərkəzi Bankının (AMB) bankların istifadə etdiyi avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlılığı və təhlükəsizliyi ilə bağlı minimum tələbləri müəyyən etmək səlahiyyəti ləğv edilir.

AJMEDİA.İNFO xəbər verir ki, bu, Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, AMB-nin bank informasiyasının mühafizəsinin təmin edilməsinə aid minimum tələbləri müəyyən etməsi səlahiyyəti ləğv olunur.