22 May 2022

Azerbaijan, Baku

14°C/21°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Azərbaycan lideri: "Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik"

Azərbaycan lideri: "Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik"

14 May 2022
Baxış: 212

"Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik. Ölkələrimiz çox böyük sınaqlardan keçib".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

"Keçən il bizim qədim və tarixi şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır. Atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik", - Prezident vurğulayıb.Sonxeber