04 May 2024
Azərbaycan İsraildə səfirlik AÇIR - TARİXİ ADDIM

Azərbaycan İsraildə səfirlik AÇIR - TARİXİ ADDIM

18 Noyabr 2022
Baxış: 542

Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı deputat Kamal Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb. O qeyd edib ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Bundan əlavə, qeyd edilən qanun layihəsindən sonra “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.

Milli Məclisin bu gün keçirilən iclasında, həmçinin Azərbaycanın Albaniya və Keniyada diplomatik nümayəndəliklərinin açılmasına dair qanun layihəsi müzakirə ediləcək.