04 May 2024
Azərbaycan əsilli milyarder Telman İsmayılovun stadionu satılır - FOTOLAR

Azərbaycan əsilli milyarder Telman İsmayılovun stadionu satılır - FOTOLAR

08 İyul 2021
Baxış: 853

Türkiyədə Azərbaycan əsilli milyarder Telman İsmayılovun atasının adını daşıyan və tikintisi 1,4 milyard dollara başa gələn, dünyanın ən dəbdəbəli otellərindən yeddiulduzlu “Mardan Palace"in daxilindəki "Mardan Stadium" satışa çıxarılıb.

AJMEDİA.İNFO xəbər verir ki, T.İsmayılovun uzun müddətdir borcunu ödəyə bilməməsi səbəbindən "Mardan Stadium" İstanbul Anadolu 3-cü İcra Ofisi tərəfindən hərraca qoyulub.

Hərrac iyulun 28-də İstanbul Anadolu Ədliyyəsində baş tutacaq. Stadion 178 milyon 854 lirə qarşılığında satışa çıxarılacaq.

Qeyd edək ki, 102 min 645 kv.m-lik ərazidə inşa edilmiş "Mardan Stadium"da idman kompleksi və bazalar, 2 futbol meydançası, 5 tribuna, məşq meydançaları mövcuddur.

Xatırladaq ki, 2015-ci ildə T.İsmayılov borclarının müəyyən qismini ödədiyi üçün "Mardan Palace"in satışı dayandırılmışdı.(unikal.org)