05 May 2024
Azərbaycan cüdoçusu: "Əziyyətimin bəhrəsini gördüm"

Azərbaycan cüdoçusu: "Əziyyətimin bəhrəsini gördüm"

05 Noyabr 2021
Baxış: 432

"Yarışa çox yaxşı hazırlaşmış, ağır məşqlər keçmişdik. Bu gün həmin əziyyətin bəhrəsini gördüm".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Bakıda keçirilən Böyük Dəbilqədə 3-cü yeri tutan Azərbaycan cüdoçusu Rövşən Əliyev deyib.

60 kq-da fəxri kürsünün 3-cü pilləsinə qalxan idmançı görüşlərin ağır keçdiyini bildirib: "1/4 finalda udzduğum rusiyalı Albert Oğuzov təcrübəli idmançıdır. Bürünc medal uğrunda qarşılaşma da asan olmadı".

Yusifov özü ilə eyni çəkidə yer alan və Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında məğlub etdiyi Əhməd Yusifovla rəqabətin davam etdiyini söyləyib: "Təəssüf ki, bu yarışda məğlub oldu. İnanıram ki, gələn yarışda yer tutacaq".