04 May 2024
"Azərbaycan bu məsələdə dost İsrailə köməyini göstərməyə hazırdır" - RƏSMİ

"Azərbaycan bu məsələdə dost İsrailə köməyini göstərməyə hazırdır" - RƏSMİ

17 Avqust 2021
Baxış: 897

"Azərbaycan İsraildə davam edən meşə yanğınları ilə bağlı öz köməyini göstərməyə hazırdır".

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi öz rəsmi tvitter hesabında yazıb.

“İsraildəki dağıdıcı meşə yanğınlarını yaxından və narahatlıqla izləyirik. Azərbaycan lazım gəldiyi təqdirdə təcili yardım göstərməyə və yanğını söndürmə səylərində ölkəyə kömək etməyə hazırdır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, İsrail Qərbi Yerusəlimdəki meşə yanğınlarını söndürmək üçün dünya ölkələrindən kömək istəyib. Avqustun 15-indən başlayan meşə yanğınlarında 16 min hektardan çox meşə sahəsinin yandığı bildirilir.