04 May 2024
“Azərbaycan birtərəfli qaydada sərhəddə demarkasiyaya başlayıb..." - Xocalı cəlladı Ohanyan

“Azərbaycan birtərəfli qaydada sərhəddə demarkasiyaya başlayıb..." - Xocalı cəlladı Ohanyan

26 Noyabr 2021
Baxış: 719

“Azərbaycan birtərəfli qaydada sərhəddə demarkasiya və delimitasiya işlərinə başlayıb. Azərbaycan nəqliyyat kommunikasiyalarını açmaq adı altında Zəngəzur yolunu açmağa çalışır".

AJMEDİA.İNFO xəbər verir ki, "ArmenianReport"un yaydığı məlumata görə, bunu Ermənistan müxalifət fraksiyasının təşkil etdiyi dinləmələrdə Xocalı qatili, terrorçu eks-prezident Robert Köçəryanın lideri olduğu “Hayastan” blokunun parlament fraksiyasının rəhbəri, digər Xocalı canisi, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Minlərlə dinc Azərbaycan vətəndaşının qətli, yaralanması, əsir götürülüb işgəncə verilməsinin, qaytarılmamasının və Qarabağ və Ermənistanda qul kimi işlədilməsinin, yurdlarımızın, evlərimizin dağıdılmasının və s. birbaşa təşkilatçısı və icraçısı olmuş bu yaramaz məxluq indi insan haqlarından, ədalətdən qanundan dəm vurur...

"Azərbaycanın bu işi müharibə yaralarının hələ də sağalmamasına, bütün erməni əsirlərin qaytarılmamasına və bir çox soydaşlarımızın taleyi naməlum olaraq qalmasına baxmayaraq gedir. Həmçinin, Azərbaycan öz gündəmini Ermənistana və xüsusən də uduzmuş, məğlub hakimiyyətə diktə edərək erməni hərbçilərini əsir götürməkdə davam edir”, - deyə keçmiş terrorçu nazir bildirib.

Ohanyan vurğulayıb ki, “Hayastan” bloku heç vaxt demarkasiya və delimitasiyanın zəruriliyini inkar etməyib, lakin bunun Ermənistan və "Dağlıq Qarabağ"ın maraqları bahasına, tələsik qərarlarla edilməsinin tərəfdarı deyil...

P.S. Köçəryanları, Ohanyanları, Sərkisyanları körükləyib qızışdıran 10 Noyabr bəyanatını imzalayan Kremldir... (Moderator.az)