05 May 2024
"Azəralüminium" 30 milyon manatlıq oksid alır

"Azəralüminium" 30 milyon manatlıq oksid alır

17 Dekabr 2021
Baxış: 611

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "Azəralüminium" MMC oksid satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

AJMEDİA.İNFO dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Trafigura PTE Ltd”-dir.

Qalib şirkətə 29,325 milyon manat ödəniləcək.