02 May 2024
Ayı, araq və balalayka niyə rusların simvoludur? - Lavrov AÇIQLADI

Ayı, araq və balalayka niyə rusların simvoludur? - Lavrov AÇIQLADI

12 Avqust 2021
Baxış: 789

Rusiya xarici işlər naziri Sergey Lavrov xarici ölkələrin ayını, vodkanı və balalaykanı rusların özünəməxsus simvolu hesab etməsinə aydınlıq gətirib.

AJMEDİA.İNFO “kp.ru”ya istinadən xəbər verir ki, Lavrov avqustun 12-də gənc mədəniyyət və incəsənət xadimləri ilə görüşdə bununla bağlı söhbət açıb.

“Allaha şükür ki, belə simvollarımız var. Onları biz özümüz fikirləşib yaratmamışıq. Bu həyatdan gəlir... Sadəcə, bizi balalayka və araq ölkəsi kimi qəbul edirlər - bu, əyləncənin və həyata yaxşı münasibətin əlamətidir. Ayılar da təbiətə olan hörmətimizin əlamətidir”, - Lavrov qeyd edib.