03 May 2024
Avropada təbii qaz kəskin UCUZLAŞDI

Avropada təbii qaz kəskin UCUZLAŞDI

07 Oktyabr 2021
Baxış: 421

Avropa bazarında təbii qazın qiyməti son 24 saat ərzində kəskin azalaraq bu ay ilk dəfə 1000 dollar həddindən aşağı düşüb.

AJMEDİA.İNFO xəbər verir ki, Londonun “İCE Futures” birjasındakı hərracda regionun ən böyük onlayn qaz satışı mərkəzi olan TTF-dəki noyabr fyüçersləri 1260 ABŞ dollarından başlayaraq Bakı vaxtı ilə saat 10.13-də 1370 dollaradək bahalaşıb. Sonra davamlı olaraq ucuzlaşıb və Bakı vaxtı ilə saat 11.22-də 981,1 USD/1000 kubmetrədək geriləyib. Lakin 12 dəqiqə sonra isə qiymət 1079,5 dollaradək artıb.

Xatırladaq ki, ötən gün fyuçers qiymətləri rekord həddə – 1937 USD/1000 kubmetrədək artmış, günün sonunda 1260 dollar səviyyəsinədək geriləmişdi.(Report.az)