04 May 2024
Avropa Birliyi Ukraynaya SÖZ VERDİ

Avropa Birliyi Ukraynaya SÖZ VERDİ

02 Aprel 2022
Baxış: 561

Avropa Birliyi (AB) Ukraynanın ittifaqa üzvlüklə bağlı namizədliyini tanıyır və müharibədən sonra ölkənin bərpasında iştirak edəcək.

AJMEDİA.İNFO axar.az-a istinadən xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Avroparlamentin rəhbəri Robert Metsol deyib.

"Biz Ukraynanı rəsmi və tez bir zamanda AB üzvlüyünə namizəd kimi tanıyacağıq. Mən bunu sizə Avropa Parlamenti adından söz verirəm. Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hücum onun sülhü və dünya nizamını pozması deməkdir. Putin bundan uzaqlaşmayacaq. Bizə daha çox sanksiyalar lazımdır, onlar burada - Ukraynada etdiklərinə görə cavab verməlidirlər", - Metsol vurğulayıb.