XƏBƏRDARLIQ! Bu gündən başlayaraq...
22 saat əvvəlAvqustun 21-də COVID-19 əleyhinə 65 min dozaya yaxın vaksin vurulub
21 Avqust 2021
Baxış: 905
Avqustun 21-də Azərbaycanda 64 min 714 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJM-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 min 291, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 14 min 423 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 110 min 185, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 667 min 494, ikinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı isə 2 milyon 442 min 691 nəfər təşkil edir.