04 May 2024
Astarada yük avtomobilinin vurduğu qadın öldü

Astarada yük avtomobilinin vurduğu qadın öldü

05 Noyabr 2021
Baxış: 760

Astara rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə rayonun Şovu kənində qeydə alınıb.

Belə ki, kənd sakini 60 yaşlı Həsənova Zabitə Ali qızını “Ford” markalı yük avtomobili vurub.

Ağır bədən xəsarətləri alan Z.Həsənova təcili yardımın köməyi ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən qadın həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.