04 May 2024
Astarada sabiq bələdiyyə sədri öldürüldü

Astarada sabiq bələdiyyə sədri öldürüldü

03 May 2023
Baxış: 435

Astaranın Dirya kənd sakini 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizovun meyiti qonşu Şümrüd kəndi ərazisindəki meşə massivində tapılıb.

AJMEDİA.İNFO Report-a istinadən xəbər verir ki, meyitin üzərində çoxsaylı kəsici-deşici alətlərin izləri müşahidə olunub.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, E. Əzizov mayın 1-də axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Daha sonra onun yaxınları polisə müraciət ediblər.

Xatırladaq ki, mərhum Şümrüd kənd məktəbində vaxtı ilə müəllim işləyib. Onun heyvandarlıq təsərrüfatının və ticarət obyektinin olduğu bildirilir. O eyni zamanda bələdiyyə sədri də işləyib.