04 May 2024
Astarada kənd sakinləri hər gün təhlükəli yolladan istifadə edir - VİDEO

Astarada kənd sakinləri hər gün təhlükəli yolladan istifadə edir - VİDEO

14 Dekabr 2021
Baxış: 631

Astaranın 15 kəndinin 10 mindən yuxarı əhalisinin istifadə etdiyi yolda torpaq sürüşməsi yenidən aktivləşib.

AJMEDİA.İNFO xəbər verir ki, Sürüşmə Deqədi - Pəlikəş avtomobil yolunun Vənəşikəş, Ağkörpü kəndlərindən keçən və Şümrüd kəndinə yaxın hissələrində qeydə alınıb.

Hava şəraiti sərtləşəndə isə vəziyyət daha da çətinləşir, nəqliyyatın hərəkətində problemlər yaşanır. Sözügedən yolda mütəmadi olaraq sürüşmələr müşahidə olunur. Yol infrastrukturuna dəyən zərər də məhz bununla bağlıdır. Dəfələrlə əraziyə qum və çınqıl döşənsə də, xeyri olmur. Astaranın Pəlikeş, Sım kəndləri öz füsunkar təbiəti ilə məşhurdur və il ərzində istirahətə gələn yerli və əcnəbi turistlər də bu yoldan istifadə edirlər.

Qeyd edək ki, tikintisinə 6-7 milyon manat vəsait sərf olunmuş Deqədi Pəlikəş avtomobil yolu 6 il bundan qabaq istifadəyə verilib. Həmin vaxtdan indiyədək yol dəfələrlə torpaq sürüşmələrinə və uçqunlara məruz qalıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Teqlər: Astara