04 May 2024
AŞPA-nın Azərbaycanla bağlı qərarına İsrailin mövqeyi

AŞPA-nın Azərbaycanla bağlı qərarına İsrailin mövqeyi

30 Yanvar 2024
Baxış: 451

Son dövrlərdə baş verən hadisələri yaxından izləyirəm. Beynəlxalq təşkilatların, bəzi ölkələrin Azərbaycana təzyiqinin şahidi oluruq. Biz bunu qəti şəkildə qınayır və pisləyirik.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrailin Bakıdakı səfiri Corc Dik Azərtac-a müsahibəsində Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsini şərh edərkən deyib.

"Məsələ burasındadır ki, İsrail də mütəmadi olaraq təzyiqlərə məruz qalır. Çox təəssüf ki, iki ölkə olaraq eyni taleyi yaşayırıq.

Ümid edirik ki, təzyiqlərdən müdafiə olunmağın mexanizmlərini, yollarını müəyyənləşdirib birgə irəli addımlaya biləcəyik", - səfir qeyd edib.