04 May 2024
AŞPA-dan Azərbaycana qarşı böhtan - qətnamə

AŞPA-dan Azərbaycana qarşı böhtan - qətnamə

24 İyun 2023
Baxış: 439

Sessiyada iştirak edən hüquq müdafiəçisi: “AŞ PA məruzəçisinin hazırladığı sənəd qərəzli və siyasi sifarişlidir...”

İyunun 22-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində “Laçın koridorunda azad və təhlükəsiz keçidin təmin olunması” başlıqlı müzakirələr baş tutub. Ermənistan tərəfinin təşəbbüsü ilə keçirilən müzakirələrdə AŞ PA üzvü olan irlandiyalı deputat Paul Gavanın hazırladığı qətnamə dinlənilib.

Qərəzli və iftira xarakterli məlumatlarla dolu bu qətnamədə “Laçın koridorunda gediş-gəlişin məhdudlaşdırıldığı və Qarabağdakı erməni sakinlərin həyatlarına təhlükə olduğu” barədə həqiqətə uyğun olmayan iddialar öz əksini tapıb.

AŞ PA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov və digər üzvləri bu müzakirələrdə əks arqumentlərlə çıxış edərək, hazırlanan qətnamədə əksini tapan məqamlara dair fikirlərini ifadə ediblər. Səməd Seyidov tutarlı arqumentlərlə qətnamə layihəsinin tamamilə absurd olduğunu sübut etsə də məsələ səsverməyə qoyulub və qətnamə qəbul edilib. AŞ PA növbəti dəfə Ermənistanın uydurmaları əsasında hazırlanan qətnaməni qəbul etməklə qərəzli mövqe ortaya qoyub. musavat.com