03 May 2024
ASAP tərəfindən Xocalı soyqırımının ölkə xaricində tanıdılması istiqamətində silsilə tədbirlər keçirilib FOTO

ASAP tərəfindən Xocalı soyqırımının ölkə xaricində tanıdılması istiqamətində silsilə tədbirlər keçirilib FOTO

27 Fevral 2024
Baxış: 353

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən Türkiyə, Gürcüstan, Fransa, Macarıstan və Avstriyada Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, Türkiyənin İstanbul şəhərində ASAP Türkiyə üzvləri tərəfindən Bahçeşehir Universitetində keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlar zamanı bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Eyni zamanda, ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun uğurla icra etdiyi antiterror əməliyyatları nəticəsində Qarabağdakı qanunsuz seperatçı rejimin mövcudluğuna son qoyulması və ölkəmizin suverenliyinin tam bərpa olunması xüsusilə vurğulanıb.

Daha sonra Xocalı soyqırımına həsr olunmuş foto-sərgi nümayiş olunub.

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ASAP nümayəndəliyinin üzvləri tərəfindən şəhərin müxtəlifküçə və prospektlərində Xocalı həqiqətlərini özündə əks etdirən bukletlər paylanılaraq şəhər sakinlərinə faciənin acı həqiqətləri çatdırılıb.

Həmçinin Fransa, Macarıstan və Avstriyada ASAPnümayəndəliklərinin üzvlərisözügedən ölkələrdə təhsil alan azərbaycanlı gənclər ilə birlikdə ölkəmizin diplomatik nümayəndəlikləri ilə birgə həyata keçirilən anım tədbirlərində iştirak ediblər. Tədbirlərdə iştirak edən xarici ölkələrintələbələrinə Xocalı soyqırımı ilə bağlı məlumat verilib, onların sualları cavablandırılıb və Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunub.

Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото