03 May 2024
Aqşin Fateh: "Tarkan dırnağımın çirki belə ola bilməz"

Aqşin Fateh: "Tarkan dırnağımın çirki belə ola bilməz"

22 Fevral 2023
Baxış: 574

Meyxanaçı Aqşin Fateh onu tənqid edənlərlə bağlı sərt çıxış edib.

AJMEDIA.İNFO xəbər verir ki, sosial şəbəkə hesabında izləyicilərinə müraciət edən meyxanaçı təhqir yazan, ələ salan şəxslər barədə təhqirəmazi sözlərdən istifadə edib:

"Sözüm hamınızadır. Mən hətta sənətim belə olsa, bir "gey”in nə özü, nə də sənəti ilə heç vaxt özümü müqayisə etmərəm. Ağlınız özünüzə getməsin. Çünki Azərbaycan kişisiyəm. Tarkan yox, dünyanın meqastarı olsun, o adamın kişiliyi yoxdursa, dırnağımın çirki belə ola bilməz. Məni ələ salan üzdəniraq aparıcılar, uzaqdan-uzağa gəzən fahişə müğənnilər ( söhbət qadın müğənnilərdən gedir), özünüzə , ağzınıza yiyəlik edin”.

Meyxanaçı qeyd edib ki, millət kimin nə olduğunu çox yaxşı bilir:

"Elə bir an gələr ki, kimin haqqında nə məlumat varsa, hamısı açıb sosial şəbəkələrdə qoyaram. Mənə dəyib-dolaşmayın. Bəzi məmurların sponsorluq etdiyi müğənnilər var, unutmayın ki, sizin arxa-dayağınız ola bilər, amma yetimin də Allahı var”.

Qeyd edək ki, "Youtube"da yayımlanan "On10 TV” verilişində Serkan Aksarın qonağı olan meyxanaçının verilişdə "Azərbaycanın Tarkanı” kimi təqdim edilməsi müzakirələrə səbəb olub. "Azərbaycanın Tarkanı danışdı” başlığı ilə yayımlanan sujet sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. / Sfera.az