05 May 2024
Amerikalı senator ABŞ Ticarət Nazirliyinin Azərbaycana silah tədarük etmək niyyətinə qarşı çıxıb
Amerikalı senator ABŞ Ticarət Nazirliyinin Azərbaycana silah tədarük etmək niyyətinə qarşı çıxıb

Amerikalı senator ABŞ Ticarət Nazirliyinin Azərbaycana silah tədarük etmək niyyətinə qarşı çıxıb

02 Fevral 2023
Baxış: 320

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez ticarət naziri Cina Raymondoya məktub göndərərək Azərbaycana silah ixracı üçün lisenziya verilməsi planlarının qəti əleyhinə olduğunu bildirib.

AJMEDİA.İNFO xarici medialara istinadən xəbər verir ki, onun sözlərinə görə, Ticarət Nazirliyi Azərbaycana silahın, o cümlədən hücum və ya yarı avtomatik snayper tüfənglərinin ixracı üçün lisenziyanın verilməsini nəzərdən keçirə bilər.

“Mən bu qərarla bağlı dərin narahatlığımı və kəskin etirazımı bildirmək üçün yazıram. Mən sizi hər şeyi etməyə çağırıram ki, Azərbaycana - heç bir fiziki və hüquqi şəxsə öldürücü silah göndərilməsin”, - Menendes öz yazısında qeyd edib.