05 May 2024
AMEA-da qanunsuz PUA istehsal olunurmuş – Cinayət işi açılıb

AMEA-da qanunsuz PUA istehsal olunurmuş – Cinayət işi açılıb

10 Fevral 2022
Baxış: 442

Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən “Elm və Texnologiya Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) icazəsiz olaraq pilotsuz uşuş aparatları istehsal edib.

AJMEDİA.İNFO Musavat.com-a istinadən xəbər verir ki, MMC-nin direktoru olmuş texnika elmləri üzrə fəlsəfə doktoru Sənan Abdullayev xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə dövlətə xeyli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bununla da ümumilikdə 143 min manat yaxın gəlir əldə edib.

Bu əməllərinə görə Sənan Abdullayev qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılıb. Məhkəmənin hökmü ilə Sənana Abdullayev 4 min manat cərimə olunub.