03 May 2024
AMAN: İranın nüvə bombasından ən azı iki il ayırır

AMAN: İranın nüvə bombasından ən azı iki il ayırır

09 Fevral 2021
Baxış: 1640

İran İsrail və Amerika Birləşmiş Ştatlarının hərəkətləri səbəbindən görünməmiş bir "aşağı nöqtədə" olsa da, nüvə proqramını inkişaf etdirməyi dayandırmayıb.

Bu sözləri İsrail Müdafiə Qüvvələrinin (AMAN) hərbi kəşfiyyatının komandanı general-mayor Tamir Heiman keçirdiyi mətbuat brifinqində söyləyib.

"Bu vəziyyətdə İran nüvə anlaşmasını böhrandan çıxmağın yeganə yolu olaraq görür. Buna görə 2015-ci ildə imzalanan müqaviləyə qayıtmağa çalışır" deyə Heyman izah edib.

Onun sözlərinə görə, İsrail nüvə proqramının pozulmasına vurğu edərək Tehrana qarşı bir çox əməliyyat aparır. Yəhudi dövləti, İslam Respublikasına qarşı maksimum təzyiq siyasəti tətbiq etmək üçün Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq edib.

Hayman, İranın 2021-ci ili “döyüldüyünü, amma yenə də ayaqda” başladığını vurğulay;b. Tehran ABŞ-ın yeni rəhbərliyinin ona münasibətini dəyişəcəyinə ümid edir.

Ancaq belə bir rəftarın ilk əlamətləri İslam Respublikası üçün hələ ürəkaçan deyil. ABŞ Prezidenti Joe Bayden, bazar günü İranın uran zənginləşdirməsini dayandırmasa, Vaşinqtonun sanksiyaları ləğv etməyəcəyini söyləyib.

Teqlər: İran