04 May 2024
Almaniya Kansleri Olaf Şolts Ukraynaya silah göndərməkdən İMTİNA ETDİ - İstefa VERƏ BİLƏR

Almaniya Kansleri Olaf Şolts Ukraynaya silah göndərməkdən İMTİNA ETDİ - İstefa VERƏ BİLƏR

21 Aprel 2022
Baxış: 754

Almaniya Kansleri Olaf Şolts Ukraynaya ağır silahlar göndərməkdən imtina etdiyinə görə istefa ilə üzləşə bilər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Spiegel” qəzeti yazıb.

Bildirilir ki, məhz Şoltsun Ukraynaya hərbi yardım göndərməklə bağlı qərarsızlığı onun istefasına gətirib çıxara bilər.

Məlumata görə, əgər kansler bunu etməzsə, gələn həftə müxalif Xristian Demokratik İttifaqı və Xristian-Sosial İttifaqı bloklarının liderləri Ukraynaya ağır silahların göndərilməsi ilə bağlı qətnamə layihəsi təqdim etmək niyyətindədirlər.

Nəşr yazır ki, Xristian Demokratik İttifaqının qətnaməsi səslərin çoxunu toplamaq iqtidarındadır.

“Bu halda isə Şoltsun mövqeyi o dərəcədə sarsılacaq ki, o, faktiki olaraq etimad səsverməsi tələb etməli olacaq”, - deyə məlumatda qeyd olunub.