05 May 2024
“Aİ və Ermənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzərində işləyəcək”

“Aİ və Ermənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzərində işləyəcək”

14 Fevral 2024
Baxış: 363

“Avropa İttifaqı və Ermənistan ikitərəfli əməkdaşlığın iddialı genişləndirilməsi üzərində işə başlamaq qərarına gəliblər”.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Keçən oktyabrda Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində Ermənistanın Avropa İttifaqına yaxınlaşmağa hazır olduğunu demişdi. Buna cavab olaraq, oktyabrda Avropa Şurası - Aİ-nin ali institutu mənə əlaqələrimizi bütün ölçülərdə gücləndirmək yollarını araşdırmağı tapşırıb. Bu kontekstdə bu gün biz yeni tərəfdaşlıq üçün iddialı gündəm üzərində işə başlamaq qərarına gəldik”, - Borel bildirib.
O, Ermənistanı icma ilə vizasız rejimə nail olmaq üçün dialoqa başlamaq üçün islahatlar aparmağa çağırıb:
“Biz viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq variantlarını müzakirə etdik. Mən Ermənistanın buna böyük marağı olduğunu qeyd etdim və bu məsələdə prosesə nail olmaq üçün islahatları irəli sürməyə çağırdım”.
Borel bildirib ki, Aİ Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində də münasibətləri dərinləşdirmək niyyətindədir.