04 May 2024
Aİ Rusiyanın media qurumlarını hədəfə aldı

Aİ Rusiyanın media qurumlarını hədəfə aldı

09 Aprel 2022
Baxış: 503

Avropa İttifaqı (Aİ) Rusiyanın məşhur media qurumlarının rəhbərlərinə sanksiya tətbiq edib.

Lent.az-ın xəbərinə görə, bu barədə qərar artıq Avropanın “Rəsmi Qəzet”ində dərc olunub.

Siyahıda TASS agentliyinin baş direktoru Sergey Mixaylov, “Moskovskiy komsomoles” qəzetinin baş redaktoru Pavel Qusev və digərlərinin adları yer alır.

Adları siyahıda yer alıan şəxslərin Avropadakı aktivləri dondurulur, onların İttifaq ərazisinə girişi qadağan edilir.