04 May 2024
Ağsu sakinlərindən odlu silahlar götürüldü

Ağsu sakinlərindən odlu silahlar götürüldü

11 Dekabr 2021
Baxış: 651

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı Göydəlləkli kənd sakini Rəvan Mehdiyevdən və Axunlu kənd sakini Mahir Qədirovdan qanunsuz olaraq saxladıqları iki ov tüfəngi götürülərək aidiyyatı üzrə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, faktlarla bağlı araşdırma aparılır.