04 May 2024
Ağdamdan BƏD XƏBƏR: YARALI VAR

Ağdamdan BƏD XƏBƏR: YARALI VAR

21 Sentyabr 2021
Baxış: 681

Ağdam rayonunda yol tikintisi zamanı istifadə edilən ekskavator tank əleyhinə minaya düşüb.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, rayonun Qərvənd kəndi ərazisində baş verən hadisə nəticəsində Qubadlı sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu ağır yaralanıb, texnikaya ciddi ziyan dəyib.

Partlayış zamanı yaralanan şəxs Bərdə Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.