04 May 2024
Ağdamda ermənilərin döyüş texnikası və silah-sursatı müsadirə edildi - FOTOLAR

Ağdamda ermənilərin döyüş texnikası və silah-sursatı müsadirə edildi - FOTOLAR

25 Sentyabr 2023
Baxış: 593

Ağdam rayonunun Qızıl Kəngərli kəndində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus tank, piyadanın döyüş maşınları (PDM), hərbi avadanlıqlar, xeyli sayda artilleriya mərmiləri, tank əleyhinə vasitələr, minaatanlar, müxtəlif çaplı silah və sursat müsadirə edilib.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.