04 May 2024
Abşeron sakini evində ölü tapıldı

Abşeron sakini evində ölü tapıldı

18 Dekabr 2021
Baxış: 628

Abşeron rayonunda kişi meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verib.

Məlumata görə, Qobu qəsəbəsində bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Əliyev Ruslan Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.