03 May 2024
ABŞ Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək niyyətində olduğuna inanmır

ABŞ Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək niyyətində olduğuna inanmır

27 Mart 2023
Baxış: 477

Ağ Evin NSS-nin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Vaşinqton bu cür silahların Belarusa ötürülməsinə dair heç bir əlamət görmür.

Birləşmiş Ştatlar indiki mərhələdə Rusiyanın bəzi taktiki nüvə silahlarını Belarusa ötürməsinin əlamətlərini görmür. Bunu bazar ertəsi jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiya rəhbərliyinin ərazidə taktiki nüvə silahı yerləşdirmək qərarını şərh edərkən deyib.

Putin isə şənbə günü deyib ki, Rusiya Minskin tələbi ilə öz taktiki nüvə silahlarını ABŞ-ın çoxdan öz müttəfiqlərinin ərazisində etdiyi kimi Belarusda yerləşdirəcək. Moskva artıq Minskə nüvə silahının daşıyıcısı ola biləcək “İsgəndər” raket sistemini təhvil verib. Rusiya liderinin sözlərinə görə, Belarus ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisi iyulun 1-də başa çatacaq.